Sumqayıt şəhərində günorta saatlarında 25-30 yaşlarında olan bir şəxs müvazinətini itirərək yerə yıxılıb. 

Unikal.org-un məlumatına görə, hadisə şəhərin Sülh küçəsində baş verib. 

Hadisə şahidlərinin bildirdiyinə görə, gənc içkili vəziyyətdə olub və onun günvurmadan ürəyi gedib. Ətrafdakı insanlar həmin şəxsə yardım etməyə çalışsalar da, o özünə gəlməyib. Olay yerinə təcili yardım maşını gəlib və gəncə tibbi yardım göstərilib.