Tovuz rayonunda qadın intihara cəhd edib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü A. Yəhyayeva kimyəvi maddə içərək özünü zəhərləyib. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Qadının vəziyyətinin ağır olduğu bildirilir.