İyunun 30-da dənizdə batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü Alışov Həsən Cavad oğlunun axtarışları başa çatıb.
Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, H.Alışovun cəsədi Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.