Şəmkirdə 4 nəfər süni göldə batıb.

Unikal.org report-a istinadən xəbər verir ki, rayon ərazisində yaradılmış süni göldə 2 qadın və 2 kişi boğulublar.

Onların meyitləri suda çıxarılıb. Ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***21:57

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonunda süni göldə 4 nəfərin (şəxsiyyətləri məlum deyil) batması barədə məlumat daxil olub.

Unikal.org xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.