Bu gün Rusiyada keçirilən DÇ-2018-də 1/8 final mərhələsinə yekun vurulacaq.
Unikal.org xəbər verir ki, meydana G və H qruplarından 1/8 finala yüksələn komandalar çıxacaq. Öncə İsveç və İsveçrə Sankt-Peterburqda mübarizə aparacaq.
Bu cütün qalibinin 1/4 finaldakı rəqibi Moskvada müəyyənləşəcək. 1/8 finala son vəsiqənin sahibi Kolumbiya və İngiltərə arasında oyunda bəlli olacaq.
DÇ-2018. 1/8 final
3 iyul
18:00 İsveç - İsveçrə
Baş hakim: Damir Skomina (Sloveniya)
Sankt-Peterburq. Sankt-Peterburq stadionu
22:00 Kolumbiya - İngiltərə
Baş hakim: Mark Qeyqer (ABŞ)
Moskva. "Spartak stadionu
Bombardirlər: Keyn (İngiltərə) - 5. Ronaldo (Portuqaliya), Lukaku (Belçika) - 4. Dzyuba, Çerışev (hər ikisi - Rusiya), Kavani (Uruqvay), Dieqo Kosta (İspaniya), Mbappr (Fransa) - 3.