Xorvatiya millisinin qapıçısı Daniel Subaşiç, Danimarka yığması ilə qarşılaşmanın ardından maraqlı açıqlama verib.
Unikal.org xəbər verir ki, o, həyat yoldaşının matçlara gəlməsini qadağan etdiyini bildirib:
"Penaltilər lotereya kimidi. Bəzən çox şanslı olursuz, bəzən də şanssız. Biz bu dəfə şanslı tərəf idik. Bu cür önəmli qarşılaşmalarda hər zaman təcrübəmdən istifadə etməyə çalışıram. Mənə qalsa, oyunları penalti seriyalarına qalmadan qazanmağı üstün tutaram.
Həyat yoldaşımın oyunlara gəlməsinə icazə vermirəm. Bir dəfə baxmağa gəlmişdi, həmin qarşılaşmada məğlub olduq.
Artıq növbəti oyun barəsində düşünməyə başlamalıyıq.
Dünən axşam DÇ-2018-in 1/8 final mərhələsində Xorvatiya millisi penaltilər seriyasında Danimarkanı mübarizədən kənarlaşdırıb.