DÇ-2018-in 1/8 final mərhələsinə yekun vurulub.
Unikal.org-un xəbərinə görə, keçirilən iki oyunla sonuncu 1/4 final cütlüyü də müəyyənləşib.
İlk oyunda İsveç İsveçrəyə 1:0 hesabı ilə qalib gəlib.
Digər oyunda Kolumbiya ilə İngiltərə qarşılaşıb. Matçın əsas və əlavə vaxtında qalib aşkarlanmayıb - 1:1. Penaltilər seriyasında isə ingilislər sevinib - 4:3.