Braziliya Futbol Konfederasiyası yığma komandanın oyunçusu Fernandinyoya qarşı edilən hücumlarla bağlı müraciət yayıb.
Unikal.org xəbər verir ki, Fernandinyo və ailəsi sosial şəbəkələrdə təhqir olunur və hədələrə məruz qalır. Bunun səbəbi futbolçunun DÇ-2018-in 1/4 finalında Belçika ilə keçirilən görüşdə avtoqola imza atması olub.
Federasiyanın məsələ ilə bağlı yaydığı müraciətdə deyilir:
"Braziliya Futbol Konfederasiyası Fernandinyoya və ailəsinə olan irqçi hücumları pisləyir. Futbol özündə vahid rəngi, insanların mədəniyyətlərini birləşdirir. Hücumları dayandırın. Biz səninləyik, Fernandinyo. İrqçilik qalib gələ bilməz!