Dünən "Yeni Çağ Media Qrupunun rəhbəri, jurnalist Aqil Ələsgər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığına dair məlumat yayıldı.

Unikal.org xəbər verir ki, Aqil Ələsgər artıq bu gün səhər saatlarında sərbəst buraxılıb. Onun övladları ilə fotosu sosial şəbəkələrdə paylaşılıb.