Xəbər verdiyimiz kimi, avqustun 10-da geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Unikal.org xəbər verir ki, mərasimdə iki ölkənin dövlət televiziyaları arasında sənəd imzalanıb.
Sənədi "Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə Tacikistan Respublikası Hökuməti yanında Televiziya və Radio Komitəsi arasında əməkdaşlıq haqqında Memorandumu "Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov və Tacikistan Hökuməti yanında Televiziya və Radio Komitəsinin sədri Maxmadsaid Şoxiyon imzalayıblar.