Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında yerli idarə, şöbə və bölmə rəislərinin iştirakı ilə 2018-cı ilin iyul çaÂğıÂrıÂşının yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Unikal.org xəbər verir ki, iclası giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidÂmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında» müvafiq Sərəncamının icrası ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həyata keçirilmiş tədbirlər barədə məlumatları müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin 2018-ci ilin iyul çağırışında SəÂfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə DövÂlət Xidmətinin yerli idarə, şöbə və bölÂməÂlərində yol verilmiş nöqsanlar təhlil edilmiş, nöqsanların aradan qaldırılması və gələcəkdə təkrarlanmamasına dair göstərişlər verib.
Aparılmış təhlillər və araşdırmaların nəticələrinə əsasən, xidməti fəaliyyətlərində yol verdikləri nöqsanlara görə Xidmətin 4 yerli idarə, şöbə və bölmə rəisi, eləcə də Xidmətin tabeliyində olan 1 struktur bölmənin rəisi tutduqları vəzifələrindən kənarlaşdırılaraq Xidmət rəisinin sərəncamına götürülüb.
Kollegiya iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəldən Xidmət rəisi ilk növbədə səfərbərlik hazırlığı və səfərbərlik işiÂnin təşkili, vəÂtənÂdaşÂların hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həÂqiqi hərbi xidÂmətə çağırılması, gənclərin hərbi vətənÂpərÂvərÂlik ruhunda tərbiyə olunÂmaÂsı, habelə vətəndaşların qəÂbulu və müraciətlərinə baxılması, korÂrupÂsiyaya qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması, əməkdaşlar arasında aparılan mənəvi-psixoloji işin məqsədyönlü şəkildə davam etdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.