Türkiyənin Fethiye-Antalya yolunda sərnişin daşıyan avtobus qəzaya uğrayıb.

Unikal.org Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, avtobusun yoldan çıxması nəticəsində avtobusda olan 45 nəfərdən 25-i müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə çox sayda xilasedici və təcili tibbi yadım briqadaları cəlb edilib. Xəsarət alanlara xəstəxnalara yerləşdirilib.

Qəzanın səbəbi barədə məlumat verilmir.