İspaniyanın "Barselona" klubunun futbolçusu Jerar Pike sürücülük vəsiqəsi olmadan avtomobil idarə edib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçini bununla əlaqədar həbs cəzası gözləyir.
Belə ki, Pike Barselona şəhərində polislər tərəfindən saxlanılıb. İspaniya qanunlarına əsasən, sürücü 12 maksimum balını itirəcəyi təqdirdə, sürücülük hüququndan avtomatik məhrum edilir. Təcrübəli oyunçu bir müddət öncə yol hərəkəti qaydasını pozduğu üçün məhz bu cəza ilə üzləşib. Lakin Pike yenə avtomobil sürməkdə davam edib.
Bu qayda pozuntusu ona 6 aylıq həbs və 6 min avro cərimə bahasına başa gələ bilər.