UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq "Araz futzal klubunun sonuncu rəqibi də müəyyənləşib.

Unikal.org xəbər verir ki, ilkin qrup mərhələsi çərçivəsində keçirilmiş oyunda "Veleslə qarşılaşan və 8:5 hesabı ilə qələbə qazanan "Valletta yekunda birinci yeri tutub və əsas mərhələyə vəsiqə qazanıb.

Beləliklə əsas mərhələdə 8-ci qrupda mübarizə aparacaq "Araz "Luçenec (Slovakiya), "Vytis (Litva) və "Valletta (Malta) komandaları ilə üz-üzə gələcək.

Oyunlar oktyabrın 2-dən 7-dək Slovakiyada keçiriləcək.