Türkiyəni təmsil edən zərbaycanlı atlet Ramil Quliyev növbəti uğura imza atıb. O qitələrarası dünya çempionatında 200 metr məsafəyə qaçışda ikinci yeri tutub.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı idmançı Çexiyanın Ostrava şəhərində təşkil olunan yarışda 20.28 saniyə ilə ikinciliyi əldə edib. Panamalı Alonso Edvard isə 20.19 saniyə ilə birinci yerin sahibi olub.
Qeyd edək ki, Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının (IAAF) təşkil etdiyi yarışda qitələr mübarizə aparır. Türkiyə millisinin heyətində dünya və Avropa çempionu olan Ramil Quliyev Avropa komandasının heyətində yer alıb.