Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına start veriləcək.
Unikal.org xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində 8 qrupda qərarlaşan 32 komanda növbəti mərhələyə vəsiqə qazanmaq üçün mübarizə aparacaq.
Türkiyənin yeganə təmsilçisi "Qalatasaray" 15-ci mövsümünü keçirəcək. "Sarı-qırmızılar"ın ilk turda rəqibi Rusiya çempionu "Lokomotiv" (Moskva) olacaq. İstanbuldakı "Türk Telekom" stadionunda təşkil olunacaq görüşü Canluka Rokkinin rəhbərliyi ilə italiyalı hakimlər briqadası idarə edəcək.
Çempionlar Liqasının finalçısı İngiltərənin "Liverpul" komandası Fransa PSJ-sini qəbul edəcək. Avropa Liqasının son qalibi İspaniya "Atletiko"su isə "Monako"nun qonağı olacaq.
Çempionlar Liqası, I tur
18 sentyabr
A qrupu
23:00. "Monako" (Fransa) - "Atletiko" (Madrid, İspaniya)
23:00. "Brügge" (Belçika) - "Borussiya" (Dortmund, Almaniya)
B qrupu
20:55. "İnter" (İtaliya) - "Tottenhem" (İngiltərə)
20:55. "Barselona" (İspaniya) - PSV (Eyndhoven, Hollandiya)
C qrupu
23:00. "Srvena Zvezda" (Serbiya) - "Napoli" (İtaliya)
23:00. "Liverpul" (İngiltərə) - PSJ (Fransa)
D qrupu
23:00. "Şalke" (Almaniya) - "Portu" (Portuqaliya)
23:00. "Qalatasaray" (Türkiyə) - "Lokomotiv" (Moskva, Rusiya)
Qeyd edək ki, 2018-2019 mövsümündə Çempionlar Liqasının finalı İspaniyanın paytaxtı Madriddəki "Vanda Metropolitano" stadionunda təşkil olunacaq.