Futbol üzrə Azərbaycan yığması Farer adaları ilə keçirəcəkləri UEFA Millətlər Liqasının III tur oyunundan əvvəl məşqə çıxıb.
Unikal.org xəbər verir ki, hazırlıq prosesi oyunun təşkil olunacağı "Torsvollur" stadionunda baş tutub.
Məşqdə yığmaya dəvət alan futbolçuların hamısı iştirak edib. Hazırlıq prosesi yağışlı havada keçirilib. Yığmanın baş məşqçisi Qurban Qurbanov məşqin mətbuat üçün açıq olan bölümündə oyunçuları bir araya toplayaraq qısa söhbət etdikdən sonra oyunçular fiziki hazırlıq çalışmalarına başlayıblar.
Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək Farer adaları - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.