Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov Millətlər Liqasının IV turu çərçivəsində oktyabrın 14-də baş tutacaq Malta ilə oyundan öncə mətbuat konfransı keçirib.

Unikal.org bildirir ki, konfransda onunla yanaşı yığmanın müdafiəçisi Maksim Medvedev də iştirak edib. Qurbanov görüşün vacibliyini dərk etdiklərini bildirib: "Rəqib fərqli dəst-xətt nümayiş etdirir. İnanıram ki, uşaqlar sabah ən yaxşı oyunlarından birini göstərməyə çalışacaqlar və bunu bacaracaqlar. Yaxşı nəticə qazanmaq üçün yaxşı futbol oynamalısan.Baş məşqçi sabahkı matçda meydana çıxacaq heyət haqqında da danışıb: "Yəqin ki, heyətdə dəyişklik olmayacaq. Açığı, əsas məşqimiz sabah olacaq. Dünən və bu gün futbolçuların yorğunluğunu nəzərə almışdıq. Heyəti sabah səhər məşqindən sonra müəyyənləşdirəcəyik.Taktikaya gəlincə, Q.Qurbanov deyib:"Maltanın yaxşı əks-hücumları var. Onlar bizim qapıya yeganə qolun müəllifidirlər. Əlbəttə, qol buraxmamaq üçün çox diqqətli olmalıyıq.
Qeyd edək ki, oktyabrın 14-ü Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Malta oyunu saat 20:00-da başlayacaq.