Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Unikal.org Publika.az-a istinadən xəbər verir ki,, Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisindən 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlu hər iki ayağının sınığı diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, piyadanı "Qarabağ futbol klubunun qapıçısı, İslandiyanın futbol yığmasının əsas heyət üzvü 1984-cü il təvəllüdlü Hanner Haldorson idarə etdiyi 10 UC 909 nömrə nişanlı "Wolksfagen Tuareg markalı avtomobillə vurub.
Belə ki, gecə saatlarında klubun bazasından ayrılan və "Port Baku kompleksində yaşadığı mənzilə gedən futbolçu maşının qarşısına çıxan piyadanı vurub. O, hadisə zamanı maşından düşərək yaralıya kömək edib və onu xəstəxanaya çatdırıb. Həkimlər yaralının həyatına təhlükənin olmadığını, lakin N.Eyvazovun uzun müddət yeriyə bilməyəcəyini deyiblər.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə baxış keçirib və izahatlar alıblar.
Faktla bağlı zəruri ekspertizalar təyin edilib. (11:05)
***
Məsələ ilə bağlı "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Unikal.org-a danışıb:
"Deyildiyi kimi, Hanner Haldorson qızadan sonra adamı xəstəxanaya aparıb. Hətta müalicə və müayinələr zamanı orada gözləyib. Daha sonra onun ifadəsi alınıb.
Təbii ki, bu hadisə onun Avroliqada çıxışına mane ola bilməz".
Qəzadan Qurban Qurbanovun xəbərinin olması ilə bağlı klub rəsmisi bunları deyib:
"Hadisə baş verən gece Qurban Qurbanovun qəza törətməsindən xəbəri olmayıb. Guman ki, indi xəbəri var, çünki KİV-lərdə bu barədə məlumat yayılılıb".
Aygün İlqarqızı