Xınalıq stansiyasından 17 km cənub-qərbdə Qəbələ ərazisində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Unikal.org-a verilən məlumata görə, yerli vaxtla saat 06:32-də baş vermiş yeraltı təkanların gücü 3,1 bal təşkil edib.
Ocağı 9 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.