Bərdə rayonunda yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Qaradəmirci kəndində qeydə alınıb.

Kənd sakini Ramil Əliyevin idarə etdiyi "QAZ-53" markalı yük maşını ilə "Opel" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, Bərdə rayonu, Alpout kənd sakini, 1966-cı il təvəllüdlü Əli Yahya oğlu Məhərrəmov xəstəxanaya yerləşdirilib. Digər sürücünün xəsarətləri yüngül olduğundan hadisə yerində ambulator yardım alıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.