İtkin düşən Kanal 13.tv internet televiziyasının əməkdaşı İsmayıl İslamoğlu tapılıb. 

Unikal.org xəbər verir ki, oktyabrın 26-da Şirvan rayon sakini, Nadirli İsmayıl İslam oğlunun itkin düşməsi ilə bağlı Yasamal RPİ 28-ci Polis Bölməsinə müraciət daxil olub.N.İsmayılın nişanlısı Lamiyə Orucova müraciətində vurğulayıb ki, N.İsmayıl oktyabrın 26-da saat 20 radələrində işdən evə getmək adı çıxaraq, ünvana çatmayıb. Daxil olan müracət üzrə keçirilən əməliyyat-axtarış tədbirləri ilə itkin düşmə kimi qeydə alınan şəxsin yeri müəyyən edilərək Bakı şəhər Baş Polis İdarəsinə dəvət edilib, onunla profilaktik söhbət aparılmaqla ərazi üzrə 28-ci Polis Bölməsinə təhvil verilib. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, sosial şəbəkələrdə və bəzi elektron informasiya vasitələrində N.İsmayılın polis tərəfindən tutularaq saxlanılması barədə söylədiyi fikirlər həqiqəti əks etdirmir.