Şotlandiyanın Er şəhərindəki ruhi xəstəxananın tibb bacısı iş yerinin qarşısında naməlum şəxsin bıçaqlı hücumuna məruz qalıb.

Unikal.org TASS-a istinadən xəbər verir ki, xəstəxana polis tərəfindən mühasirəyə alınıb, hadisə yerinə polis helikopteri cəlb edilib.

Həmçinin yerli səhiyyə qurumundan bildiriblər ki, yaxınlıqdakı universitet xəstəxanası da polisin nəzarətindədir.

Hadisəni törədən şəxs və səbəbləri barədə məlumat verilmir.