Bakıda mağazadan oğurluq anı təhlükəsizlik kamerasına düşüb.

Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, hadisə noyabrın 27-si günorta saatlarında "Nərimanov" metrostansiyasının yaxınlığında yerləşən qadın geyimləri dükanında baş verib.

Müştəri kimi gələn naməlum şəxs mağazada satıcı işləyən Gülşən adlı qadının "Samsung J8 markalı telefonu götürüb cibinə qoyaraq hadisə yerindən uzaqlaşıb.

Araşdırma aparılır.