Bərdə rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Unikal.org Publika.az-a istinadən xəbər verir ki, Rayonun Qaradəmirçi kəndində 1998-ci il təvəllüdlü Yusifov Novruz Sərxan oğlu elektrik vurması nəticəsində ölüb. Belə ki, həmin kənddəki metal qəbulu sexində fəhlə işləyən 20 yaşlı oğlan "Kamaz markalı yük maşınının üstünə çıxaraq aşağı sallanan elektrik naqilini qaldırmağa çalışıb.
Bu zaman o, naqilə əli ilə toxunub və cərəyan vurması nəticəsində yanaraq ölüb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.