Denizli bölgəsində məktəbə getmək istəməyən 13 yaşlı qız mübahisə etdiyi anasını bıçaqlayıb. Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı Serpil K. Ilə qızı S.K. arasında məktəbə getməsi ilə bağlı mübahisə düşüb.

Məktəbə getmək istəməyən S.K mətbəxtdən götürdüyü biçağı anasının belinə saplayıb.
Hadisə yerinə təcili yardım çağrılıb. Səhiyyə işçilərinin müdaxiləsindən sonra 49 yaşlı qadının vəziyyətinin yaxşı olduğu bildirilib.

S.K. isə polis bölməsinə aparılıb.