"Bakı Metropoliteni" QSC qızlarla oğlan arasında baş verən davaya münasibət bildirib.
QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Unikal.org-a bildirib ki, hadisənin nə vaxt baş verdeyiyi dəqiqləşdirilir:
"Sözügedən görüntülər KİV-lərdə yayımlandıqdan sonra polis hadisənin baş vermə gününü və olayda iştirak edən şəxslərin axtarışına başlayıb.
B.Məmmədov hadisə ilə bağlı metro işçiləri və polisin məsələyə qarışmasına da münasibət bildirib:
"Xəbərdə qeyd edilir ki, "28 may stansiyasına çatanda metro işçiləri və polis məsələyə qarışıb. Qızları və həmin oğlanı qatardan çıxarıblar. Mən, stansiya rəhbəri və metro polisi ilə əlaqə saxladım. Belə bir hadisə nə stansiya, nə də polis əməkdaşları tərəfindən qeydə alınmayıb.
***10:03
Bakı metrosunda daha bir biabırçı hadisə baş verib.
Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, videodan da göründüyü kimi qatarda iki gənc qız bir oğlanla dava salır. Dava qızların oğlana söz atması səbəbindən yarandığı bildirilir.
Qatar "28 may stansiyasına çatanda metro işçiləri və polis məsələyə qarışıb. Qızları və həmin oğlanı qatardan çıxarıblar.
Həmin görüntüləri təqdim edirik.