Ermənistanın baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanı tok vurdu.

Unikal.org xəbər verir ki, seçkiqabağı təşviqat zamanı tərəfdarları qarşısında çıxış edən Paşinyan mikrafona dolan suyun təsiri nəticəsində əmələ yüngül elektrik cəryanı onu vurub. Mühafizəçisi təcili mikrafonu onun əlindən alıb. Bundan sonra Paşinyan təlxəklik etməklə seçicilərinin qarşısında anekdot danışmağa başlayıb.

Qeyd edək ki, bu arada Nikol Paşinyan Rusiyaya işçi səfər edəcək. 5-6 dekabrda baş tutacaq səfər çərçivəsində Paşinyan Avrasiya İqtisadi İttifaqı Ali Şurasının Sankt-Peterburqdakı iclasına və MDB dövlət başçılarının qeyri-formal görüşünə qatılacaq.