Türkyənin Beyaz TV kanalında "Hayatta Her Şey Var verilişindəki etiraf hər kəsi şoka salıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nur Viralın aparıcısı olduğu canlı yayımlanan verilişə telefonla zəng edən qadın ərinin onu bacısı ilə aldatdığını deyib.

Adını açıqlamaq istəməyən izləyicinin dedikləri qarşısında verilisin qonağı ailə terapiyası mütəxəssisi Canten Kaya da deyilənlər qarşısında təəccübünü gizlədə bilməyib.

Hətta verilişə zəng edən qadının dediyinə görə ərindən bu barədə soruşanda "Etmişəm, nə edə bilərsən? dediyini söyləyib.