5 yanvar tarixində BAKU.WS-in fəaliyyətə başladığı gündən düz 15 il ötür!

Baku.ws-nin əsas məqsədi Azərbaycan vətəndaşlarına bütün dünyadan, ən əsası isə Azərbaycandan ən maraqlı məlumatları çatdırmaqdır. 

Daim eksklüziv xəbərlərlə oxucuların rəğbətini və etimadını qazanan Baku.ws qısa zamanda Azərbaycan seqmentində etibarlı KİV resurslarından birinə çevrilib. Bununla yanaşı, insanların sosial problemlərini işıqlandırır, onların çətinliklərini həll etməkdə onlara köməklik edirik. Vətəndaşları maraqlandıran mövzuları operativ olaraq araşdırır və rəsmi məlumatlarla bir çox suallara cavab tapır.

 Baku.ws tək informativ sayt deyil. Həmçinin sosial layihələrdə iştirak edir. İmkansız ailələrə yardım əlini uzadır.

Bu gün Baku.ws-in sosial şəbəkələrdə izləyicilərinin sayı 1 milyona yaxınlaşır. Bu göstəricini məqsədyönlülüyün və komandanın müvəffəqiyyətlərinin əmsalı adlandırmaq olar.

Baku.ws layihəsinin ziyarətçilərinin ümumi sayında Azərbaycandan olan istifadəçilər 83 faizdir. Bu fakt Azərbaycan oxucularının ehtiyaclarını qiymətləndirməyə və  vətəndaşlar üçün maraqlı və informativ materialları yerləşdirməyə imkan verir.

Baku.ws-in oxucularının daha rahat xəbərləri izləyə bilməsi üçün sosial şəbəkələrdə rəsmi səhifələri də fəaliyyət göstərir.

Biz də Unikal.org kollektivi olaraq Baku.ws-nin bütün əməkdaşlarını təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.