Tovuzun Aşağı Öysüzlü kəndində böyükdən kiçiyə hər kəs hələ də suyu səhənglə daşıyır.
Unikal.org xezerxeber.az-a istinadən bildirir ki, burada qədim adət-ənənə bu gün də qorunub saxlanılır.
Misdən hazırlanan səhənglər su ilə dolu halda ağır olsa da, kənd sakinləri uzun məsafə qət edərək 2 əsrə yaxın yaşı olan bulaqdan içməli suyu məhz bu səhənglərlə daşıyırlar.
Qadınlar səhənglə su gətirmək üçün səhər saatlarından bulaq başında növbə gözləyirlər. Kənddə hələ də yaşadılan adət-ənənələrdən biri də bulaq başında tanışlıqdır.
Kənd sakinləri bildirirlər ki, texnologiya nə qədər inkişaf etsə də səhənglə su daşımaq onlar üçün keçmişin yadigarı olaraq qalacaq.