Futbol üzrə Almaniya yığmasının sabiq üzvü Robert Hilbert karyerasını başa vurub.

Unikal.org xəbər verir ki, son olaraq ölkəsində “Qroyter” klubunun şərəfini qoruyan futbolçu 34 yaşında yaşıl meydanlara “əlvida” demək qərarına gəlib. O, bundan sonra Almaniyanın 2-ci Bundesliqasında mübarizə aparan bu klubun futbol akademiyasında məşqçi kimi fəaliyyət göstərəcək.

Hilbert 2004-2006-cı illər aralığında da “Qroyter”də forma geyinib. 2006-cı ildə isə o, “Ştutqart”a transfer olunub və 4 il bu klubun uğurları üçün çalışıb. 2010-cu ildə Türkiyənin “Beşiktaş” klubunda legioner həyatına başlayıb. İstanbul təmsilçisi ilə Türkiyə kubokunu qazanmış Robert, 2013-cü ildə yenidən vətəninə qayıdıb və bu dəfə “Bayer”də forma geyinməyə başlayıb. 2017-ci ildən isə o, “Qroyter”də çıxış edirdi.

Hilbert Almaniya yığmasında da 8 oyun keçirib.