Kənd Təsərrüfatı Nazirliyində yeni təyinatlar olub. 

Unikal.org Modern.az-a istinadən xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə direktor təyin edilib. “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Nazirlər Kabinetinin 26 sentyabr 2018-ci il tarixli qərarı ilə yaradılıb/

Qurumun tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 26 MMC daxildir.

Anar Hüseynov daha əvvəllər Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("Asan Xidmət") İnformasiya təminatı şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsinin icrasını isə Vüqar Hüseynova həvalə olunub. Vüqar Hüseynov buna qədər həmin şöbədə müdir müavini vəzifəsində çalışıb.