Bağlar ETSİ-nin 35/6 kV-luq 91 saylı yarımstansiyadan çıxan Mehdiabad-1,2 EVX-də və 35/6 kV-luq 143 saylı yarımstansiyada təmir işləri görülür.  

“Azərişıq" ASC-nin Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, bununla əlaqədar olaraq yanvarın 9-da saat 10:00-dan 14:30-a qədər Mehdiabad və Saray qəsəbələrinin bəzi ərazilərində, Qurd Dərəsi, Corat bağlarında elektrik enerjisinn verilişində qısa müddətli fasilələr yaranacaqdır.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.