Kerç boğazında Tanzaniya bayrağı altında üzən iki gəmidə baş vermiş yanğın nəticəsində ölənlərin sayı, son məlumatlara görə, 11 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, Rusiyanın Dəniz və Çay Nəqliyyatı Agentliyinə istinadən RİA "Novosti" məlumat yayıb.

Daha 12 nəfərin xilas edildiyi bildirilir.

 

xxx

Kerç boğazı ərazisində iki gəmidə baş vermiş yanğın nəticəsində 9 nəfər ölüb, 14 nəfər yanıq xəsarəti alıb.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Dəniz və Çay Nəqliyyatı Agentliyi məlumat yayıb.

"14 sağ, 9 ölü (sudan çıxarılıb. – RT)", - deyə idarədən bildirilib.

xxx

lındakı Kerç boğazında Tanzaniya bayrağı altında üzən iki gəmidə yanğın baş verib.

Unikal.org  TASS-a istinadən xəbər verir ki, Rusiya qurumlarından verilən məlumata görə, gəmilərin birində partlayış baş verib, nəticədə başlayan yanğın o biri gəmiyə də yayılıb.

Gəmilərdən birindəki 17 nəfərdən 9-u Türkiyə, 8-i Hindistan vərəndaşı, ikinci gəmidəki 14 nəfər arasında hər iki ölkənin 7 vətəndaşı olduğu bildirilir.