İndoneziya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.

Unikal.org-un məlumatına görə, zəlzələnin episentri Dompu yaşayış məntəqəsindən şimal-qərbdə yerləşib. Zəlzələ ocağının dərinliyi 31,3 kilometr olub.

Xəsarət alanalar və yaxud dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunayıb.