İsveçin paytaxtı Stokholm şəhərində “sarı jiletlilər” iqtisadi bərabərsizliyə etiraz edib.
Unikal.org xəbər verir ki, 200 nəfərdən ibarət etirazçı qrup dövlət şirkətlərinin özəlləşdirilməsinə görə siyasətçilərin əleyhinə şüarlar səsləndirib.
Etirazçıların adından çıxış edən aktivist Dror Feiler ölkə daxilindəki qanunsuzluqlara qarşı çıxıb:
“İsveçin ən zəngin üç şəxsi ölkə əhalisinin yarısının sahib olduğu iqtisadiyyatı idarə edir. Stokholmda yeni tikilən xəsətəxanada rüşvətxorluq var. Ölkənin ucqar ərazilərində yaşayan insanlar istismar edilir, haqsızlığa məruz qalır və siyasətçilərin rüşvətxorluqlarının hesabını ödəyir. Avropa Birliyi və Dünya Bankı bürokratlarının və zənginlərinin xalqın gücünü hiss etməsinin vaxtı çatıb”.