Kanadanın Longey şəhərində yaşayış binasında baş verən yanğın nəticədə 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

Bu barədə Unikal.org " RİA "Novosti"yə istinadən xəbər verir.

CBC telekanalının məlumatına görə, yanğın evin zirzəmisində başlayıb, sonra birinci və ikinci mərtəbələrə yayılıb.

Xilasedicilər sakinləri təxliyə ediblər. Üç nəfər şüursuz halda tapılaraq xəstəxanaya çatdırılıb, lakin onların həyatını xilas etmək mümkün olmayıb.