Malinin mərkəzində yerləşən Bankas şəhəri yaxınlığında yerləşən yaşayış məntəqəsində fulani xalqına məxsus 110 çoban silahlı şəxslər tərəfindən qətlə yetirilib.

Unikal.org RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Bankas kommunasının meri bildirib ki, donzo ovçularının geyimində olan naməlum şəxslər cümə günündən şənbəyə keçən gecə Bankas yaxınlığındakı Oqassaqu və Velinqara yaşayış məntəqələrinə hücum ediblər.

"Oqossaqu kəndi tamamilə dağıdılıb", - deyə mer bildirib. Ölənlərin cəsədləri hələ də tapılmaqdadır.