Argentinanın keçmiş prezidenti Karlos Menem 3 il 9 ay həbs cəzasına məhkum edilib.

Unikal.org "Nacion" portalına istinadən xəbər verir ki, elan olunmuş məhkəmə hökmünə görə, 88 yaşlı keçmiş prezidentə həyatının sonuna qədər dövlətdə vəzifə tutmaq qadağan edilib.

Onunla birgə keçmiş iqtisadiyyat naziri Dominqo Kovalio da həbs edilib. O, 3 il 5 ay həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, 2013-cü ildə K. Menem Ekvador və Xorvatiyaya silah qaçaqmalçılığında ittiham olunaraq barəsində 7 il azadlıqdan məhrum edilmə hökmü çaxarılmışdı. Lakin Argentina Federal Məhkəməsi bu hökmü 2018-ci ildə ləğv edib. Bundan başqa 2015-ci ildə iməhkəmə K.Menemi israfçılığa görə 4,5 il azadlıqdan məhrum edib. Onu həbsdən senator olduğu üçün malik olduğu toxunulmazılğı xilas edib.