Bu mövsüm uğursuz çıxış edən və Premyer Liqanın turnir cədvəlində 5-ci pilləni tutan "Çelsi"nin futbolçuları ötən axşam "Brayton" üzərində qazandıqları 3:0 hesablı qələbəni Londondakı bir gecə klubunda qed ediblər.
Unikal.org xəbər verir ki, ulduz futbolçuların kollektiv şəkildə gecə klubuna gəldiyini öyrənən paparatsilər məkanın önünə toplaşıb. Həddən artıq spirtli içki qəbul edən və yeriməkdə çətinlik çəkən Ross Barklinin vəziyyəti daha ağır olub. İngilis futbolçu taksiyə minərkən kameralara düşməmək üçün həddən artıq çox əziyyət çəkməli olub.
Milli komadada və "Çelsi"də son dövrlər çox yaxşı performans sərgiləyən futbolçunun bu vəziyyəti İngiltərədə əsas müzakirə mövzusuna çevirilib.
"Çelsi"nin başqa digər futbolçusu Danni Drinkvoter isə klubda tanış olduğu iki qadınla taksiyə minərkən görüntülənib. Onlar kameraları görəndən sonra üzlərini gizlətməyə çalışsalar da, buna nail olmayıblar.
Əyləncədə bu iki futbolçudan başqa Oliver Jiru, Ruben Loftur-Çik və Harri Kahill də iştirak edib.