Bu gün Topaz Premyer Liqasında 23-cü tura start verilib.

Unikal.org xəbər verir ki, günün ilk matçında "Sumqayıt" öz meydanında "Keşlə"ni qəbul edib. Görüş Sumqayıt klubunun 2:1 hesabı qələbəsi ilə yekunlaşıb. 

Bu oyundan sonra meydan sahibləri 20 xalla turnir cədvəlində 7-ci pilləyə yüksəlib, "Keşlə" isə 8-ci pilləyə enib.