Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Türkiyənin Antalya şəhərindəki Qran-Pridə qızıl medal qazanıb.
Unikal.org Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, 78 kiloqram çəki dərəcəsində mübarizə aparan İrinanın rəqibi braziliyalı Beatris Souzan olub.
Qeyd edək ki, Qran-Pridə Rüstəm Orucov (73 kq) gümüş, Gültac Məmmədəliyeva (72 kq) və Elmar Qasımov (100 kq) bürünc medal qazanıblar.