Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Ayaks” “Yuventus”la qarşılaşıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, qarşılaşmadan əvvəl italyan azarkeşlərlə polis arasında qarşıdurma yaşanıb. Hadisə nəticəsində 120-dən çox italiyalı azarkeş polis tərəfindən saxlanılıb.
“Ayaks” – “Yuventus” matçı qollu bərabərə bitib – 1:1. Komandalar arasında Turində keçiriləcək cavab görüşü aprelin 16-da, saat 23:00-da start götürəcək.