Moskvanın “Spartak" klubunun azərbaycanlı futbolçusu Ayaz Quliyev dava salıb. 

Unikal.org Rusiya mətbatına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin Moskva küçələrinin birində amerikalı turistlə arasında insident baş verib.

Hadisə gün saat 11 radələrində baş verib.

Quliyev idarə etdiyi maşınla işıqforun qırmızı işığında yolu keçib. Bu zaman onun avtomobili piyada keçidindən keçən amerikalı turist Maykl Ko Couns Eliyə dəyib. Amerikalı turist bu hadisədən sonra xəsarət almasa da tərəflər arasında dava düşüb. Gənc futbolçu amerikalının burnunu qırıb. Hadisə yerinə polis və təcili tibbi yarım gəlib. 

Quliyev əvvəlcə günahın turistdə olduğunu, onun maşınına zərbə vurduğunu desə də, daha sonra səhvini etiraf edib və qarşı tərəfdən dəfələrlə üzr istəyib. O, turistin xəstəxana xərcini də üzərinə götürüb. Cons Eli isə futbolçudan şikayətçi olmadığını bildirib. 

Sonradan tərəflər öz aralarında razılığa gəlib, xoşluqla ayrılsalar da, məsələdən xəbər tutan “Spartak” rəhbərliyi Ayazı cəzalandırıb. Klub, istənilən zorakılıq hallarını pisləyərək, Quliyevin bu davranışının yolverilməz olduğunu bəyan edib. 

Qeyd edək ki, Rusiya mətbuatı ötən ilin sonunda "Mersedes" alan Quliyevin 200-ə yaxın yol hərəkət qaydasını pozduğunu yazıb.