Avtomobil həvəskarı kimi bilinən "Yuventus"un ulduz oyunçusu Ronaldo kolleksiyasındakı maşınların sayını artırıb. O daha bir bahalı avtomobil alıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ulduz futbolçu "Rolls Royce"un satışa yeni çıxardığı "Cullinan" model avtomobil alıb.
Olduqca az sayda satışa çıxarılan bu modelin qiyməti 276 min funt-sterlinqdi (təxminən 613 min manat). "Rolls Royce"un 4x4 modelindəki ilk və yeganə avtomobili alan futbolçu isə "Kristal Palas"ın üzvü Mamadu Saxodu. Fransalı stoper 29 yaşının tamam olduğu gün özünə bu avtomobili hədiyyə etmişdi.