Portuqaliyanın "Benfika" klubunun futbolçusu Joau Feliş Sekeyra Avropa Liqasında həftənin oyunçusu sayılıb.
Unikal.org-un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 19 yaşlı yarımmüdafiəçi evdə Almaniya "Ayntraxt"ına 4:2 hesabı ilə qalib gəldikləri Avropa Liqasının ilk 1/4 final matçında 3 qol vurub. Bununla da Feliş Avroliqada ən gənc "het-trik" müəllifi olub.
Həftənin oyunçusu adına İngiltərə "Arsenal"ının yarımmüdafiəçisi Aaron Remsi, "Çelsi"nin xavbeki Villian və İspaniya "Valensiya"sının hücumçusu Qonsalu Quedeş nə namizəd idi.