Rusiyanın "Zenit" Futbol Akademiyasının sabiq məşqçisi Aleksandr Selenkov hazırda "Krılya Sovetov"da çıxış edən Azərbaycan millisinin oyunçusu Ramil Şeydayev haqqında danışıb.

Unikal.org  xəbər verir ki, 47 yaşlı mütəxəssis "Radio Zenit"ə müsahibəsində 23 yaşlı hücumçu barədə xoş sözlər deyib. 

Selenkov bildirib ki, Şeydayev "Zenit"in müxtəlif yaş qruplarında çıxış edərkən, demək olar ki, hər oyunda qol vurub: "Həmin vaxtda da onun yüksək səviyyəli futbolçu olacağı görünürdü. Şeydayev Azərbaycan vətəndaşlığını alıb və Rusiya millisində oynamadığı üçün təəssüflənirəm. Şeydayevin özünü daha çox göstərəcəyinə əminəm. "Krılya Sovetov" onun üçün son həd deyil" 

Qeyd edək ki, Ramil Şeydayev "Zenit" Futbol Akademiyasının yetirməsidir. O, 2016-cı ilə qədər bu klubun şərəfini qoruyub. Aleksandr Selenkov isə 2005-2014-cü illərdə akademiyanın məşqçisi olub. O, 2014-2015 mövsümündə Sankt-Peterburq təmsilçisinin əvəzedici komandasının baş məşqçisi vəzifəsində çalışıb.