“Real” cari mövsümün sonunda komandadan ayrılacağı deyilən Qaret Beylin transfer qiymətini müəyyənləşdirib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, “kral klubu”, 29 yaşlı vinger üçün 130 milyon avro tələb edir. Futbolçu ilə “Mançester Yunayted”, “Bavariya” və “Tottenhem”in yaxından maraqlandığı deyilir.
“Real”la 2022-ci ilədək müqaviləsi olan uelsli futbolçu, bu mövsüm iştirak etdiyi 38 oyunda 5 qolla yadda qalıb.