Ulduz futbolçu Lionel Messinin lüks həyatı son zamanlar Avropa mətbuatının gündəmini zəbt edib.
Unikal.org xəbər veirr ki, onun Barselonada məşhur Bellamar bölgəsində böyük malianəsi var. Futbolçu bu evi 2009-cu ildə 5 milyon avroya satın alıb. Evin mənzərəsi Qarraf dağlarına və Aralıq dənizinə açılır. Villada panoram pəncərələr, bir neçə balkon var.
Həmçinin Messi 1957-ci il istehsalı 32 milyonluq retro avtomobil Ferrari 335 S Spider Scagliettiyə də sahibdir. 2016-cı ildə bu maşın dünyada ən bahalı maşın statusuna sahib idi. Bundan əlavə futbolçunun satın aldıqları arasında Ferrari F 4430 Spider (280 min avro), Maseratti Granturismo (210 min avro), Audi Q7 (90 min avro), Audi R8 (220 min avro), Dodge Charger SRT8 (26 min avro), Lexus LX 570 (66 min avro) də var.
Messinin Argentinada 13 milyon avroya xüsusi təyyarə kirayələdiyi də iddia edilir.
Onun ümumi xərcləri 1200 avroya başa gələn iPhone XSMax telefonu aldığı da deyilir. Futbolçu telefonu özəlləşdirmək məqsədilə onu 24 karatlıq qızılla örtülməsinə qərar verib. Bu prosesdən sonra telefonun qiyməti 7 min avroya çatıb. Telefonun arxasında 10 nömrə yazısı, "Barselona"nın və "Argentina" milli komandasının emblemi, bundan əlavə həyat yoldaşı və övladlarının adı yazılıb